Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏF2
[ər.] 1. Özündən uzaqlaşdırma, sovuşdurma, rədd etmə. [Vəli:] Bizim borcumuz bunları dəf üçün hər yolla çalışmaqdır. Ə.Haqverdiyev.
□ Dəf etmək (eləmək) ortadan qaldırmaq, bərtərəf etmək. [Əziz bəy:] Amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. M.F.Axundzadə. Dəf olmaq - uzaqlaşmaq, sovuşmaq, başdan olmaq, rədd olmaq, yox olmaq, ortadan qalxmaq.
2. Həmləni geri qaytarma, hücumun qarşısını alma, müqavimət göstərmə.
□ Dəf etmək - qaytarmaq, qarşısını almaq (hücumun və s.). Qoşun düşmənin hücumunu dəf etməyə çalışırdı. Çəmənzəminli. ..Nəhayət, ayın iyirmi doqquzundakı həmləsi də dəf edildikdən sonra, düşmən böyük tələfatla geri çəkilmişdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla