Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏDƏ
is. 1. Ata. Dədə görməyib, elə bilir
ki, Şaqqulu da bir dədədir. (Ata. sözü). [Qurban:] Dədəm öldü, mən də qaldım on altı-on yeddi yaşında. Ə.Haqverdiyev. Dədəmin övladı olmamağına görə nəzir eyləyir ki, bir qızım olsun, seyidə verim. Çəmənzəminli.
// Ataya müraciət. [Əmiraslan dedi:] Dədə! Mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov.
2. Ustad aşıq, ustad. De, hara sığışar, hara, ey zaman; Bu boyda təhqirə xalqın dözməsi; Dədə Qorqud kimi dədəsi olan; Millətin özünə dədə gəzməsi. B.Vahabzadə.
□□ Dədəsi yanmaq - b ax atası yanmaq (“ata”da). Çit almaqdan dədəm yandı; Yudun, yırtdın, xarab etdin. M.Möcüz. Dədəsinə od vurmaq - bax dədəsini yandırmaq. Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov. Dədəsini yandırmaq - bax atasını yandırmaq (“ata”da). Yadından çıxartma ki, kirpinin də hər bir tərəfi tikandır, amma balaca qarışqa onun dədəsini yandırır. “M.N.lətif.”. Meşənin içində bir ağacın oyuğunda pişik göyərçini gizlətdi, dedi: Sən dur burada, mən gələnə kimi sən buradan çıxsan, dədəni yandıraram. (Nağıl).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....