Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DƏB
is. [ər.] Xalq arasında yayılmış adət, ənənə. Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz. Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza.
// Moda. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi. M.Hüseyn.
Dəb düşmək - ümumi adət və vərdiş halını almaq, moda olmaq. [Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür. Mir Cəlal. Dəb salmaq (gətirmək) - olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq. Köhnə kəndə təzə dəb salmaq (gətirmək). (Məsəl). [Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan. Ü.Hacıbəyov. Dəbdən düşmək (çıxmaq) - adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq. Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən .. bir dövrdə dünyaya gəldik. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....