Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DEYİL
əd. 1. Özündən qabaq gələn sözə inkarlıq, ya zidlik mənası verir. O, tək deyil. Otaq qaranlıq deyil. - Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı).
// Eyni mənada şəxs sonluqları ilə işlənilir: deyiləm, deyilsən, deyildir. Araz deyiləm, coşam; Kür deyiləm, qaynaşam; Apar sərraf yanına; Gör nə qiymətli daşam. (Bayatı). Deyilik biz nuxalı, gəncəli, ya kim bakılı; Belə boş işlərə vəqf eyləyək ehsanımızı. M.Ə.Sabir. Məncə, deyilsən qərib o qürbət ellərdə sən; Yaşayırsan əbədi azad könüllərdə sən. S.Rüstəm.
Feldən sonra gələrək, xəbərlik şəkilçiləri ilə eyni mənada cümlədə xəbər kimi işlənir. Fəqət Gülbadam çox duaya-zada inanan deyildi. N.Nərimanov. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn. Ay məndən yüksək deyil; Ay mənimlə tən durur. R.Rza.
“Deyilmi?” şəklində sual məqamında. Elə deyilmi? Sizi incitdim, deyilmi?
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....