Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DEŞİK
is. 1. Dəlik, dərin daz çuxur. Deşiyi bərkitmək. Deşikdən siçan çıxdı. - Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. C.Məmmədquluzadə.
// Boşluq, boş yer. [Tülkü] öz heyvanlığı ilə heç bir zaman bir deşiyi olan yuvada yaşamaz, onun yuvasında iki deşik olmalıdır. M.S.Ordubadi.
// Cırıq yer, yırtıq yer, deşilmiş yer. Vedrə deşiyindən damır.
sif Cırıq, yırtıq, deşilmiş, cırılmış. Deşik kisə. Deşik qazan. Deşik corab.
Bir şeyin (məs.: burnun, qulağın və s.nin) dairəvi şəkildə olan içi. Burun deşiyi. Qulaq deşiyi. - Umudyavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyindəpalçığa döndü. İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....