Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAYAZ
1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi). Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. S.S.Axundov.
// Üzdə olan, çox dərində olmayan. Belə dayazdan (z.) çıxan suya kənd arasında “qara su” deyirlər. Ə.Haqverdiyev.
is. Çay, dəniz, göl və s.-də suyun dərin olmayan yeri.
sif. məc. Dərin olmayan, səthi, qeyriciddi, işin mahiyyətinə, dərinliyinə varmayan. Dayaz adam. Dayaz fikir. Dayaz düşüncə. - Əqli dayaz, dağ çapan oğlana bax; Durdu yerindən ki, nə heyha imiş. Ə.Nəbati. Onların hər ikisi anlaşa bilməyən, dayaz bir həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....