Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAYAQ
is. 1. Binanın və s.-nin sınmış pərdilərini, yaxud uçulan divarı və s. saxlamaq, eləcə də meyvəsi çox olan ağac budaqlarını sınınaqdan qorumaq üçün onların altına vurulan ağac, dəstək və s. Barıya dayaq vurmaq.
Nurcabbarın həyətində .. ağaclar bar gətirəndə altdan dayaq verməsən, budaqlar əyilib burnunu yerə döyür. İ.Məlikzadə.
Üzərində bir şey bərkidilmək, yaxud qurğu qurula bilmək üçün düzəldilmiş yer, özül; dəstək ola biləcək hər şey. Körpü dayaqları. Ayaqları dirəmək üçün qayıqda dayaq yoxdur. - Qoca Xudafərin qulağı səsdə; Kim uçan tağına dayaq düzəldər? M.Araz.
məc. İstinad ediləcək adam, şey; kömək, arxa, himayəçi. Ailənin dayağı. - Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstanı Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu. Ana ürəyidir insana dayaq; Odur bərk ayaqda çatan köməyə. S.Rüstəm.
□ Dayaq durmaq- bax dayaq olmaq. Sən bilirsən ki, adamı darda atmazlar, yıxılana dayaq durarlar. S.Rəhimov. Dayaq olmaq - kömək olmaq, arxa olmaq, müdafiə etmək, himayə etmək, dalında dur-
maq. Qəmər mənə böyük bir dayaq ola bilərdi. M.İbrahimov. Dayaq vermək - ürək vermək, ruhlandırmaq, ürəkləndirmək. Özünə dayaq vermək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....