Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAVAM
is. [ər.] 1. Dözüm, möhkəmlik, taqət, tab; müqavimət qabiliyyəti. Onun soyuğa heç davamı yoxdur. - Dərdə kimin vardır mən tək davamı; Eşqin mərəziyəm, sən ver davamı. M.F.Axundzadə. Var atanın sənə dua, səlamı; Hicranına yoxdur daha davamı. A.Səhhət.
Bir şeyin, işin və ya hadisənin daimi və ya müəyyən müddətli olması. ..Biz başımıza həmişəlik doğru və sadiq oxucu cəm etmişik, bu, hələlikdə bizə kifayətdir və buna isbat məcmuəmizin davamıdır. C.Məmmədquluzadə.
□ Davam etdirmək - başlanmış bir işi eyni qayda və ardıcıllıqla fəaliyyətdə saxlamaq, inkişaf etdirmək. “Kəşkül” “Əkinçi ”nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. [Mingəçevirə] gedənlər işləməklə bərabər, təhsillərini davam etdirə bilərlər. Ə.Sadıq. Davam etmək
1) dözmək, tab gətirmək, müqavimətə və s.-yə qarşı dayanmaq. [Hacı Bayram:] Axır vətəndən uzaqda davam eləyə bilməyib gəlmişəm. Ə.Haqverdiyev. [Nəbi:] Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmirəm. S.S.Axundov. Ana deyir: -Darıxma, qızım, dərdə et davam. M.Seyidzadə; 2) bir şeyin üzərində möhkəm durmaq, səbat göstərmək. Öz fikrində davam etmək; 3) arasıkəsilmədən sürmək, əvvəlki halında qalmaq, fəaliyyətdə olmaq, təsirini, gücünü, şiddətini olduğu kimi saxlamaq. Yağış iki gündür davam edir. Soyuqlar çox davam etmədi. - Usta Ağabalanın ürəyində cinlərin qorxusu hələ davam edirdi. Çəmənzəminli. Fəhlələrin bir həftə əvvəl başlanmış tətili hələ də davam edirdi. M.Hüseyn.
// Başladığı bir işin arasını kəsməmək, dayandırmamaq. [Səlim bəy:] ..Geri çəkilmədim. Atışmada davam etdim. S.S.Axundov. - [Şamxal] ..Papiros eşib yandırdı. Dalbadal sümürüb tüstünü kənara üfürdü, yenə fikrinə davam etdi. İ.Şıxlı. Davam gətirmək- b ax davam etmək 1-ci mənada. Sərçələr belə qışa davam gətirə bilmirdilər. S.S.Axundov. Davam gətirməmək - tab etməmək, dözə bilməmək. Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam gətirməyir. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....