Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAŞMAQ
f 1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). Kür daşmışdır.
Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çaya dönübdür. Qurbani. Çaylar daşıb sel olsun; Taxıllar tel-tel olsun. M.Ə.Sabir.
Qabın tutumundan çox olduğuna görə kənarlarından aşıb tökülmək. Qoyun, quzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun.
// Bərk qaynayaraq köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). Süd daşır. Samovar daşdı.
məc. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir).
məc. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir). Şişman adam coşdudaşdı, ağzı köpüklənərək: - Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, - [dedi] A.Şaiq.
// Hədəqəsindən oynamaq (göz haqqında). O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....