Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DAŞQIN

1. is. Sahildən çıxan çay və ya dəniz suyunun qurunu, ətrafı basması; sel. Güclü yağışlardan sonra çayda daşqın əmələ gəlir.
sif. Yatağından kənara çıxan, ətrafı basan; daşmış. 0ux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq. İti axan daşqın çaylar onunla ayaqlaşa bilməyib geridə qaldı. Ə.Məmmədxanlı.
sif məc. Coşqun, güclü, ehtiraslı. [Kərim baba] ..qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: - Qızılquş, balasını bu səslə çağırır, - dedi. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....