Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DASTAN
is. [fars.] Şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə məzmunda olan, həcmcə ən böyük əsər. Qəhrəmanlıq dastanı. Aşiqanə dastan. “Koroğlu ” dastanı. - Şairə Toğrulun məktubunu aparıb “Xosrov və Şirin” dastanı yazmasını rica edəcəkdir. M.S.Ordubadi. Ağlatmayır insanları; “Leyli-Məcnun” dastanları. S.Vurğun. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.
// Mühüm tarixi hadisələrdən, ya şəxsiyyətlərdən bəhs edən böyük epik əsər; poema. Zəfər dastanı. - ..Əzəmətli müharibə dastanının əsas mərhələlərindən, ötəri də olsa, bəhs etmək lazımdır. Burada hər bir səhnə böyük bir qəhrəmanlıq dastanı kimi qiymətlidir. M.Hüseyn.
// Hekayə, nağıl, əfsanə, sərgüzəşt. [Koroğlu:] Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”. [Tərxan:] Oxuma, ey vəzir, mənə dastan; Qeysərin dağ kimi bir ordusu var. A.Şaiq.
□ Dastan açmaq - danışmaq, nağıl etmək, rəvayət etmək. Mən bu körpəyə nə münasibətlə Həcər adını qoymaq istədiyimi soruşduqda, sən aynalını əlinə alan, .. Gorus qazamatını dağıdan Həcərdən dastan açırsan. S.Rəhimov. Dastan qoşmaq dastan yazmaq, hekayə yazmaq. Dil(lər)də dastan olmaq - məşhur olmaq, haqqında tez-tez danışılmaq, dillərə düşmək. [Qərib:] Ağalar ərzimə bir qulaq verin; Adı dildə dastandır Ərzurumun. “Aşıq Qərib”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....