Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
DARISQAL
sif. 1. Çox dar, ensiz. Darısqal yol. - Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Əjdər bu təpəciklərdən enib kəndin darısqal küçələrinə girdi. S.Rəhman.
Sahəsi çox kiçik olan. Darısqal otaq. Darısqal yer. - Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. M.S.Ordubadi. Bura darısqal, alçaq, yarıqaranlıq bir otaq idi. Mir Cəlal. Darısqal bir daxma var, qabağı ağaclıqdır. M.Seyidzadə.
məc. Bax dar1 4-cü mənada. Saqqalı uzun, kəlləsi küt, fikri darısqal. M.Möcüz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....