Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DARILMAQ
f Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq. [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. [Veys:] Paxıl oğlu, paxıl, - deyə Dövlətə darıldı. Ə.Əbülhəsən. Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım. Ə.Cavad.
// Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. [Heydər bəy:] Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq, söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. M.F.Axundzadə. Özünü toxtaq tut bir az; Düşəndə dar günə insan darılmaz. S.Vurğun. Qaraş sıxılıb darılaraq divana oturub əvvəlcə heç kəslə danışmırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....