Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DARANMAQ
1. məch. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. [Qərib:] Siyah saçları darandı; Canım həsrətində yandı. “Aşıq Qərib”. [Hindli qız:] Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. A.Şaiq.
məch. Daraqdan keçirilmək, daraqlanıb təmizlənmək. Yun daranmışdır.
qayıd. Öz başmı daramaq. Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf Ə.Cavad. Kamal durub geyindi, darandı, yuyundu. S.Rəhimov.
Bax daraşmaq. ..Təbii sərvətini əldə etmək üçün [imperialistlər] cənubdan və şimaldan İranın cəmdəyinə daranmışdılar. M.S.Ordubadi.
Bax dırmaşmaq. [Qız-gəlinlər] səhəngi atırlar çiyinlərinə, kəklik kimi daranırlar dağ yuxarı. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....