Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DARAMAQ

f 1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq. - [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub .. saçlarını darayırdı. M.Hüseyn. Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını, bəzə, sevgilim! M.Rahim.
Daraqdan keçirmək, daraqlayıb təmizləmək. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq.
Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq. Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf A.Səhhət.
Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək. Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....