Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAR3
is. [ər.] klas. Əsil mənası “ev”, “məskən”, “məhəl”, “məkan” olub, klassik ədəbiyyatda bir sıra tərkiblərdə işlənir. Dari-bəqa din. - o dünya, axirət. Daribəqayə rehlət etmək (buyurmaq) tənt. köhn. - ölmək, vəfat etmək. Bu iki yüz müəllimlərdən bu anəcən bir neçəsi dari-bəqayə rehlət edib. F.Köçərli. Qəhvəni içən tək ağa dari-bəqayə rehlət buyurdu. Ə.Haqverdiyev. Dari-fəna din. - yaşadığımız dünya. Dari-şəfa - müalicə evi, şəfa verən yer.
...dar [fars.] Bəzi isimlərin axırına gətirilərək onlara müxtəlif məna verən şəkilçi; məs.: evdar, əməkdar, mülkədar, binəkdar, məhsuldar və s.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....