Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DANIŞDIRMAQ
icb. 1. Danışmağa məcbur etmək.
// Soruşmaq, dindirmək, sorğu-sual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn.
// Birisi ilə söhbət edib fikrini bilmək. Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. Mir Cəlal. [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi. Ə.Abasov.
məc. Dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq. Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. S.Vurğun.
İnkar şəklində: danışdırmamaq - dindirməmək, birindən küsüb əlaqəni kəsmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....