Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAMLA
bax damcı. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır. A.Şaiq. Bərkiyən yağışın damlaları Ayazı yerindən tərpətdi. Ə.Məmmədxanlı.
□ Bir damla - bir damcı (bax damcı 3-cü mənada). Ona elə gəldi ki, bu saysız-hesabsız ülgüclər hər tərəfdən onun boğazına ilişəcək və bir göz qırpımında bir damla qan axmağa belə macal vermədən onun başını üzüb düzə atacaq. S.Rəhimov. Son damla qanı qalana kimi tənt. - bir şey uğrunda mübarizədə yüksək fədakarlığı bildirir. Son damla qanı qalana qədər düşmənlə vuruşmaq. Son damlasına qədər - hamısmı, bütünlüklə, dibinəcən. İskəndər əlindəki qədəhi son damlasına qədər içir. A.Şaiq. Ürəkyanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib, ağır bir nəfəs ötürdü. Mir Cəlal.
damla-damla bax damcı-damcı. Əsgər kişi, and da içdin şəhid olmuş o qıza sən; Damla-damla göz yaşları axıtmadın gözlərindən. S.Vurğun. Elə bil ağ buluddan damla-damla tökülüb; Hər yanda novruzgülü. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....