İzahlı lüğət

DAMĞA

is. 1. Atların və başqa heyvanların dərisi üzərinə qızdırılmış dəmirlə vurulan nişan.
□ Damğa basmaq (vurmaq) - bax damğalamaq 1-ci mənada. Çəpərimə girib, deyə bəy rəiyyətə badalaq gəldi, rəiyyət öküzünün, atının və danasının buduna damğa vurub öz hesabına keçirdi. S.Rəhimov.
// tar. Qədim müstəbid dövlətlərdə caninin bədəninə qızdırılmış dəmirlə basılan nişan.
Möhür, nişan. Malın üstündə fabrikin damğası var.
xüs. Damğa basmaq üçün alət.
məc. Ləkələndirici, təhqiredici, alçaldıcı söz və s.
□ Damğa basmaq (vurmaq) məc. - ləkələmək, damğalamaq, rüsvay etmək, üstünə böhtan atmaq. Lənət damğası basmaq - bax lənət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......