Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAMAZLIQ
sif Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa. - Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır. R.Səttarzadə.
// İs. mənasında. Damazlığını yeyən tamarzı qalar. (Ata. sözü). Damazlıq olaraq Hökümənin atası onlara bir inək də vermişdi. S.Hüseyn.
□ Damazlığı kəsilmək - nəsli kəsilmək. Damazlığın kəsilsin - qarğış ifadəsi. Buy, sənin damazlığın kəsilsin! S.Rəhimov. Damazlıq stansiyası k.t. - damazlıq işi ilə məşğul olan heyvandarlıq müəssisəsi. Ağdaş rayonunda barama qurdu zavodu və baramaçılıq üzrə damazlıq stansiyası vardır. (Qəzetlərdən).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....