Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAMAR
is. 1. Canlıların bədənində: içərisində qan və ya limfanın dövr etdiyi boruşəkilli orqan. Qan damarları. Damarları şişmək. Alnının damarları görünür.
□ Damar sistemi anat. - canlının bədənində olan bütün damarlar. Damar sistemi maye toxuma (qan və ya limfa) cərəyan edən boru sisteminə deyilir. K.Balakişiyev.
Çeşmənin mənşəyi, başlanğıcı. Dağ ətəyində bir çeşmə vardır, özü aranda da olsa, damarı dağdan gəlir. S.Rəhimov.
Süxurda, ağacda və s.-də zolaq şəklində təbəqə; lay. Faydalı qazıntıların bəziləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı damarlar, səpələnti və sairə şəklində tapılır. M.Qaşqay.
// Yarpaqlarda cizgi şəklində izlər.
məc. Xüsusiyyət, həvəs, təmayül, qabiliyyət, bacarıq mənasında. Quluda alverçilik damarı vardı. A.Şaiq.
// məc. Hiss, duyğu mənasında. Onların da milliyyət hissi və qeyrət damarı ayılıbdırmı? F.Köçərli.
□□ Damarı tutmaq - tərslik etmək, inad etmək, şıltaq etmək. Onun gahdanbir damarı tutur. Yenə damarı tutubdur. Damarına düşmək - xoşuna gəlmək, ürəyinə yatmaq. Bu hava adamın damarına düşür. [Ağsaqqal:] A bala, höcət eləməyin, görmürsünüzmü tərs damarına düşüb?! İ.Şıxlı. Damarını tapmaq - xasiyyətini, zəif yerini, ürəyini öyrənib bilmək. Necə ki haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. M.S.Ordubadi. Damarını tutmaq - 1) öyrənmək, mahiyyətini bilmək, uyğunlaşmaq. [Qüdrət:] Aslan .. həyatın damarını tuta bilmir və ona görə də həyatdan geridə qalır, onunla ayaqlaşa bilmir. M.Arif; 2) bax damarını tapmaq. Damarları qurumaq - qorxudan, dəhşətdən donub qalmaq, bərk qorxmaq. Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəy onu tutub qazamata göndərəcəkdir. S.M.Qənizadə. Şah damar - 1) qanı ürəyə axıdan damar;
məc. bir şeyin əsası, mərkəzi, canı. Sanki yaralanmışdı yerlərin şah damarı. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....