Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAMAQ2
is. [ər. Dırnaq - beyin] dan. Kef, əhval, həvəs. Damağı yoxdur.
□□ Damagı çag - b a x damağı kök. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Dedim:
Cütçü baba, sağ ol, çox sağ ol! Daima kefi kök, damağı çağ ol! S.Vurğun. Yamaclar gülür bu yaz; Damağın çağ, kefin saz. O.Sarıvəlli. Damagı çag olmaq - kefi kök olmaq, çox şad olmaq. Damagı çatlamaq nəşəyə gəlmək, ruhlanmaq, ruhu yüksəlmək.
Damağı çəkmək - ürəyi istəmək, kefi istəmək, kefınə gəlmək. Bu gün damağım çəkdi, aldım, sabah kefim istədi, boşadım, - vəssalam! C.Məmmədquluzadə. Damağı gəlmək - həvəsə gəlmək, həvəslənmək. Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir. M.Ə.Sabir. Damağı kök - kefi kök, kefi saz, şad, qayğısız. Damağı qalxmaq kefi kök olmaq, nəşələnmək, sevinmək, həvəsə gəlmək. Damağı pozulmaq - kefi xarab olmaq, əhvalı pozulmaq, qanı qaralmaq. Damağı sazlaşmaq - kefi açılmaq, könlü açılmaq. [Onun] bulud kimi tutulmuş qaşqabağı açıldı, gözləri gülüb damağı sazlaşdı. “Kirpi”. Damağı yanmaq - arzusuna çatmamaq, məyus olmaq. Damağına dəymək - toxunmaq, ürəyini sındırmaq, küsdürmək, pərt etmək, incik salmaq. Damağını pozmaq - kefini xarab etmək, əhvalını pozmaq. Damağını sallamaq - küsmək, pərt olmaq, narazı qalmaq. Bütün qonaqlar damaqlarını salladılar. Ə.Vəliyev. Damaq qoymaq (etmək) - nəşəsini pozmaq, arzusunu (həsrətini) ürəyində qoymaq. Qovurmanın iyi Yəhya Kamalı damaq etmişdi. Mir Cəlal. Damaq sallamaq
bikef olmaq, əhvalı olmamaq, dilxor olmaq; küsmək, incimək. Damağını niyə sallayırsan? Barmağından üzüyünü, başından yaylığını aparmayıb ki?! S.Rəhimov. Damaq üstə (damaqda) olmaq - kefdə olmaq, kef çəkmək, xoş güzəran keçirmək. [Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol. S.S.Axundov. [Səkinə qarı:] Həmişə damaqda olasan, ay Züleyxa! M.İbrahimov. Damaq vermək - ləzzət vermək, nəşə vermək, kef vermək, nəşələndirmək. Damaqdan düşmək - ruhdan düşmək, kefi pozulmaq, pərt olmaq. Damaqdan salmaq - pərt etmək, kefini pozmaq, ruhdan salmaq, qanını qaraltmaq. [Qərib:] Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. “Aşıq Qərib”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....