Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAĞARCIQ
is. Kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta. Dağarcığını çuvala tay tutur. (Ata. sözü). Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmuya, əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar. C.Məmmədquluzadə. Dilənçi dağarcığından bir qədər çörək və soğan çıxardıb, Nurəddinə verdi. S.S.Axundov. [Qəhrəman:] Bütün məktəb uşaqları kimi biz də dağarcığa qum doldurub .. gətirirdik. Ə.Vəliyev.
□□ Sirr dağarcığı - sirr ilə dolu, anlaşılmaz, başçıxarılmaz adam, şey haqqında. [Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vəzirov. Ancaq .. əmək haqqı bölgüsü olub sirr dağarcığı. “Kirpi”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....