Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAĞ1
is. 1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. Qafqaz dağları. - Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Ata. sözü). Adətən ətəyi, yamacları və zirvəsi nisbətən aydın görünən hər hansı bir yüksəkliyə dağ deyilir. “Ümumi fiziki coğrafiya”. Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət.
□ Dagın döşü - dağın ön və orta tərəfi, azca mail səthi; dağdöşü. Onlar asta-asta dağın döşünə qalxırdılar. S.Rəhimov. Dağın döşündə otlayan heyvanlar qara nöqtələr kimi xırdaca görünürdü. M.Hüseyn. Dağın ətəyi dağın başlandığı yer, dağın yerlə birləşən aşağı hissəsi; dağətəyi. Kənd dağın ətəyində yerləşmişdir. Sıra daglar coğr. - hər hansı bir istiqamətdə uzanan dağ silsiləsi. Qafqaz sıra dağları. Ural sıra dağları. - Keçərək Mil düzündən sıra dağları aşdım; Kürün sahilləriylə bütün eli dolaşdım. Ə.Cəmil. Ətrafa baxdıqca təpələr, qayalar və zirvəsi qarlarla örtülmüş Kiçik Qafqaz sıra dağları görünürdü. S.Şamilov.
Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer. Köçün dağdan gələndə; Bir quzu qurban, yeznə! (Bayatı). Bir qədər çaydan uzaq; Od qalamış dağda çoban. A.Səhhət. Külfəti dağa çatdırmaq üçün çoxlu pul lazım idi. Mir Cəlal.
məc. Çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında. Bənzərəm bir qocaman dağa ki dəryada durar. M.Ə.Sabir. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm.
məc. Çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). Kitablar dağ kimi yığılmışdır. Buldozerlər dağ kimi qalanan torpaq yığınlarını dağıdır. - Dənizdə çarpışardın dağ boyda dalğalarla; Sahildə əl-qol atıb gəzişərdin vüqarla. S.Rüstəm. Çay da bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir, atıb-tuturdu. Ə.Vəliyev.
□□ Dağ dağa (qayaya) rast gəlib - mübahisə edən iki adamdan heç birisinin güzəştə getməməsi mənasında. Dağ kimi (dalında) durmaq - bütün varlığı ilə müdafiə etmək, himayə etmək. Qorxma, dağ kimi dalında durmuşam. Dağa dönmək - 1) genişlənmək, çox böyümək; 2) ürəyi iftixar hissi ilə dolmaq. Dağı dağ üstə qoymaq - çox böyük iş görmək, hünər göstərmək, çox böyük və ağır bir işin öhdəsindən gəlmək. Bütün yoldaşlarımız Araz kimi olsaydı, dağı dağ üstə qoyardıq. A.Şaiq. Dağı dağ üstündən atmaq
b ax dağı dağ üstə qoymaq. Ağa Dərviş demək istəyir ki, beş nəfər adam birləşsə, dağı dağ üstündən atar, mən cavab verdim ki, iki nəfər adam da kifayətdir. N.Vəzirov. Dağlara düşmək - ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək. Biçarə Kərimin halı pərişan; Gör ki Məcnun olub, dağlara düşüb. Mücrim Kərim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....