Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAD2
is. [fars] 1. Fəryad, fəğan, haray. Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. S.Ə.Şirvani.
□ Dad eləmək (etmək) - fəryad etmək, fəğan etmək. Dad eylərəm, yetişməzsən hərayə; Neçün rəhmin gəlməz mən binəvayə? Q.Zakir. Hərçi dad eylədi, yahu; Eşidənlər dedi: - Yalandır bu! M.Ə.Sabir.
Kömək, imdad.
□ Dad istəmək - kömək istəmək, yardıma çağırmaq, xahiş etmək. Dada gəlmək (çatmaq) - bax dada yetmək (yetişmək). Yatmışları, razı deyiləm, kimsə oyatsın; Tək-tək ayılan varsa da, haqq dadıma çatsın. M.Ə.Sabir. Həsən hamının dadına çatır, hamının xeyrini, şərini görür. S.Rəhman. Hərdənbir qulaqucu oğlunun söhbətini eşidən Maral burada Züleyxanın dadına çatdı. Ə.Əbülhəsən. Dada yetmək (yetişmək) - köməyə gəlmək, haraya gəlmək, kömək etmək. Görüm indi kimlər yetər dadına; Koroğlunu tutan günlər necoldu? “Koroğlu”. Vilayətdə gözəl çoxdu, nə fayda; Dərdi bilən, yetən dadə tapılmaz. Q.Zakir. Bu vaxtlar ləzgi Nüsrət.. [Bağırın] dadına yetişmişdi. Ə.Məmmədxanlı. Dadı heç yana çatmamaq - heç kimdən kömək ala bilməmək, köməksiz qalmaq. Padşah .. lap qəmgin oldu, amma dadı heç yana çatmadı. (Nağıl).
Şikayət.
□ Dad çəkmək (etmək, eləmək, qılmaq) - şikayət etmək, narazılıq etmək; şikayətlənmək. Müxənnətdən dad elədim; Dost-aşnanı yad elədim. “Koroğlu”. Xəstə Qasım kimə qılsın dadını; Canı çıxsın, özü çəksin odunu. Xəstə Qasım. Çoxları dad çəkdi, şivən qopardı; Döndərmə yazımı xəzanə, gözlər! R.Rza. [Bənövşə:] Sizin adınız gələndə həm mühəndislər, həm də fəhlələr dad çəkirlər. S.Rəhman. Dada getmək - şikayətə getmək, şikayət etmək. Qələm düşmən əlində; Kimə gedim dadə mən? (Bayatı). Çərxin sitəmindən, dövrün zülmündən; Gözəllər şahına dada gedirəm. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....