Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DAD1
is. 1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, .. nə iylidir. C.Məmmədquluzadə.
□ Dad orqanı (üzvü) anat. - dilin səthində olan və dadı müəyyənləşdirməyə xidmət edən sinir ucları. Dadına baxmaq - 1) yeyilən və ya içilən şeyin dadmı bilmək üçün ondan bir az yemək, ya içmək; 2) az yemək.
məc. Ləzzət, nəşə. Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. Sarı Aşıq. [Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun.
□ Dad almaq - ləzzət almaq. Bu yeməkdən heç bir dad almadım. - Ol şuxə ki can olurdu Fərhad; Şirin dodağından aldı yüz dad. Xətayi. Qoy başını sinəsinə, bir dad al; Qoy babalın boynuma, get, arvad al. M.Ə.Sabir. Dad vermək - ləzzət vermək, nəşə vermək, xoşa gəlmək. Bahar nə xoş gəlir, ruha dad verir; Xəyala, duyğuya qol-qanad verir. S.Vurğun. Yeni xəbərlər, xüsusən müsamirə qızlara dad verirdi. Ə.Vəliyev. Dada gətirmək - dadlı etmək, ləzzətli etmək; dadlandırmaq. Dadı damaqda qalmaq, dadı damaqdan getməmək - unudulmayacaq qədər ləzzətli şey haqqında. ..İştaham yox idi, gör xörəyin necə dadlıdır ki, hamısını yedim, hələ bir dadı damağımda da qaldı. M.Hüseyn.
// Heç unutmamaq, yadda saxlamaq. [Hacı Səmsam:] ..İndi sizə elə bir aş içirdim ki, ölənə kimi dadı damağınızdan getməsin. P.Makulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....