Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DABAN
is. 1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. - Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev.
// Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə. Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. C.Məmmədquluzadə. [Dilənçi] ayağına dabanları yatırılıb əyilmiş bir kişi başmağı geymişdi. Ə.Sadıq.
dan. Bir daban bərabərində uzunluq. Gülsənəm arvad Cəmilin .. bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn.
dan. Dəfə, kərə. Üç daban getmək.
B ax ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq. - Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin dabanda bir döyüşçüsən. S.Vurğun.
məh. Dəyirmanın üst daşmı yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.
B ax dabana. Qapının dabanı. - [Xortdan:] Uşağı olmayan qadınlar gedib qarınlarını ağanın qapısının dabanına sürtərdilər. Ə.Haqverdiyev. ..Üçüncü dəfə qapını taqqa-taqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov.
□□ Daban almaq - qaçmaq, götürülmək, yüyürüb getmək. Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rəhimov. Daban aldı müxalifin qoşunu. M.Rahim. Uşaq: - Sağ olun, deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Cəlal. Daban döymək - çox gəzmək. Gündüz axşama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rəhimov. Daban qırmadan - dayanmadan. Onlar daban qırmadan qaçırdılar. “Qaçaq Nəbi”. Dabanına daş dəymək - yubanmaq, gecikmək, ləngimək. Dabanına daş dəymiş
bəduğur, uğursuz. Dabanına tüpürmək - bax daban almaq. Çuğul qarı .. dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl). Salman bəy dedi: - Dabanımıza tüpürək, hər nə ola, ola. N.Vəzirov.
daban-dabana zərf Tamamilə. Dabandabana zidd. - Bu şərq küləyilə daban-dabana; Bu uzun yollarda qovub səhəri; Böyük Şərq şerinin dühası gəlir. Şəhriyar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....