Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜZÜLMƏK
f. 1. Sıra ilə ipə və s.-yə keçirilmək. Muncuqlar ipə düzüldü.
2. Müəyyən bir tərtib və qayda ilə bir yerə qoyulmaq, yerləşdirilmək. Uşaqlar boylarına görə düzüldülər. - Taxçalara düzülübdü bir neçə samovar, sandıqca .. və xırdavat şeylərdən. C.Məmmədquluzadə. Ləməyə iki çin əlvan-zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski. Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü. Ə.Məmmədxanlı.
// Müəyyən bir qayda ilə durmaq, dayanmaq, yerləşmək. Rüxsarına qoşa xallar düzülüb; Yoluna baxmaqdan canım üzülüb.. Q.Zakir. Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin; Düzülüb gözlərinin dövrünə müjgan səf-səf S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....