Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DÜZƏLTMƏK

f. 1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi.
// Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. [Güləbətin] üst-başını da düzəldirdi. M.İbrahimov. [Zöhrə] duru suya baxaraq saçlarını düzəltdi. Ə.Vəliyev. Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısım düzəltdi. S.Rəhman.
// Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq. Nöqsanları düzəltmək. Səhvini düzəltmək.
// İslah etmək, yaxşılaşdırmaq. Xasiyyətini düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək. - Qoy təşkilat onu intizam altına alıb düzəltsin. M.S.Ordubadi.
Vücuda gətirmək, yaratmaq, qayırmaq, hazırlamaq, qurmaq. Quşlar özlərinə yuva düzəltdilər. - Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir eveşik düzəltmişdir. S.Hüseyn.
Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. Yol üçün pul düzəltmək. Özünə təzə paltar düzəltmək. Teatra bilet düzəltdinmi?
// Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri). Tamaşa düzəltmək. Sərgi düzəltmək. Ziyafət düzəltmək. Şənlik düzəltmək.
// Yaratmaq, vücuda gətirmək, təşkil etmək. İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. Məmmədquluzadə.
// Qurmaq, fikirləşib hazırlamaq. [Slavaçinski:] Elə hiylə düzəltmək lazımdır ki, Nəbi özü gəlib bizə təslim olsun. “Qaçaq Nəbi”.
Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasma kömək etmək, vasitə olmaq. İşə düzəltmək. Onu düzəlt, bizdə işləsin. Məktəbə düzəltmək. Sanatoriyaya düzəltmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....