Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜYÜNLÜ
sif. 1. Düyünü, ya düyünləri olan. İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm.
Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. Papağının içindən əsgiyə düyünlü açarları çıxardır. S.S.Axundov.
məc. Dolaşıq, mürəkkəb, çətinliklərlə dolu. Ağbulaq kolxozu .. ölüm-dirimin düyünlü və döngəli yollarından keçib bu yüksəlişə çatmışdır. S.Rəhimov.
məc. Dərdli, ürəyi dağlı. Bu növcavan ilqarında doğrudur; Dərd əlindən düyünlüdür, dağlıdır. (Qoşma). [Abbas:] Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı. “Abbas və Gülgəz”. Telli deyir: dörd bir yanım bağlıdır; Sinəm üstü düyünlüdür, dağlıdır. “Qaçaq Nəbi”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....