Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜYMƏK
f. 1. Kəndirin, ipin və s.-nin bir yerini ilmək halına salmaq; ilgəkləmək, düyünləmək, düyün halına salmaq. [Cahandar ağa] Yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu düydü. İ.Şıxlı.
2. məc. Bağlamaq, calamaq. Bu sualları bir-birinin ucuna düyə-düyə (z.) Güldanə özünü kəndin girəcəyində gördü. Ə.Vəliyev.
□□ Qaşlarını düymək - bax qaşlarını düyünləmək (“düyünləmək”də). Nəcəf qaşlarını düyüb kluba getdi. M.İbrahimov. Yumruğunu düymək - bax yumruğunu düyünləmək (“düyünləmək”də).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....