Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
DÜŞÜNMƏK
f 1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək. - Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda. S.Vurğun.
// Fikirləşib aramaq, fıkirləşib tapmağa çalışmaq. Bir çarə düşünmək. Lazımi tədbirlər düşünmək. Məsələnin həllini düşünmək.
// Ümumiyyətlə, fikirləşmək, götür-qoy etmək. Bu xüsusda çox düşünmüşük. Əli alnında düşünürdü. -Düşünürsən: insan insandır; Biri nədən doğma, mehriban, qayğıçəkən; Biri sərt, qılıqsız, ögey? R.Rza. Əziz bir papiros yandırıb düşünməyə başladı. S.Rəhman. İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal. M.Rahim. İndi Kamal nə edəcəyini deyil, necə edəcəyini düşünürdü. M.Rzaquluzadə.
□ Düşünübdaşınmaq - fikirləşmək, düşünmək. [Şeyda:] ..Duyğusuz bir makina kimi düşünübdaşınmaq, yazıb-pozmaq neçin?! H.Cavid. Orxan çox düşünüb-daşındı və axırda inandırdı ki, Bənövşə görüşə gəlməyəcək. İ.Məlikzadə.
Təsəvvür etmək, zənn etmək, ağlına gətirmək, xəyalına gətirmək, xəyal etmək. Kim düşünə bilər ki... -Lakin həyatın gedişi
Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq.
// Yada salmaq, fikrinə gətirmək, xatirinə gətirmək. Bu saat hələ səni düşünürdüm. Bir şey düşündüm. - [Əbdüləli bəy:] Doğrudur, mən də onu düşünürdüm. C.Cabbarlı. Yazıq babaları düşündükcə mən; Ağrımış ürəyim bəlkə min kərə! S.Vurğun.
Başa düşmək, anlamaq, dərk etmək. Heç bir şey düşünə bilməmək. - Bunu hətta düşünüb cümlə müsəlman uşağı; Hər vilayətdə deyirlər: Pa atonnan, ölüb ...ə! M.Ə.Sabir. Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur. M.İbrahimov.
Narahat olmaq, əndişə etmək, fikir çəkmək. Xəstə çox düşünür.
// Fikrini çəkmək, haqqında narahat olmaq, qeydinə qalmaq. Ancaq özünü düşünmək. - Özünü düşünür, özünü hər kəs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....