Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜŞÜNCƏ
is. 1. Xəyal, fikir. Düşüncələrə dalmaq. - Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim.
// Fikrə, xəyala gələn şeylər; xəyalat. Düşüncələrindən ayrıla bilmir. - Mən belə acı düşüncələr içində olduğum halda, birdən Xədicəgildən bir ağlaşma səsi qopdu. S.Hüseyn. Poladzadə ayağa durduqda Qüdrətov sanki daxilən silkinib düşüncələrdən azad oldu. Ə.Vəliyev. Məsmə xala düşüncədən ayıldı. S.Rəhman.
2. Düşünmə nəticəsində hasil olan qənaət; anlaq, şüur, dərrakə. Siyasi düşüncənin artması. - Düşüncələr yeni, duyğular yeni; Dəyişmiş dünyanın söhbəti, sazı. S.Vurğun. Cəlil Məmmədquluzadə xalqın həyat və düşüncəsindəki bütün mənfi cəhətləri tənqid edirdi. M.İbrahimov.
// Ağıl, kamal, qanacaq, mərifət. Düşüncəsini itirmək. - Düşüncə, tərbiyə, zəka zinəti; Budur qadınlığın, məncə, qiyməti. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....