Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜŞƏRGƏ1
is. 1. Müvəqqəti yaşayış yeri, müvəqqəti yurd, mənzil. Turist düşərgəsi.
//Köçün, karvanın və s.-nin istirahət üçün mənzil saldığı yer; duracaq, dayanacaq. Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. İ.Şıxlı.
Kənddən uzaq əkin sahələrində adamların istirahət və yemək üçün toplandığı yer. Şamaxıdan gələn biçinçilər çölün ortasında, taxıl zəmilərinin kənarında düşərgə saldılar. İ.Şıxlı.
Qoşun hissələrinin məskun məntəqədən kənarda, açıq havada müvəqqəti mənzil saldığı yer; lager. Hərbi düşərgə. Əsgər düşərgəsi.
Məhbusların, hərbi əsirlərin saxlandığı yer; lager. Əmək-islah düşərgəsi. Alman-faşistlərinin dəhşətli ölüm düşərgələri. - Ulduzlar yəqin görür gecənin bu çağında; Uzaq Makranizosda qanlı düşərgələri.. Ə.Cəmil.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....