Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜRÜST
sif. [fars.] 1. Doğru, düzgün, düz. Dürüst söz. - Avazı idi bəsi mülayim;
Üslubi dürüst, üsuli qani. Füzuli.
// Həqiqi, gerçək, doğru, sadiq. Deyərlər, dərdi-eşqin adəm öldürməz, dürüstdür bu.. X.Natəvan.
// Düz, doğruçu, vicdanı təmiz. [Hacı Qara:] Mən sizin tamam hiylələrinizdən xəbərdaram, əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı buyolda görünməzdiniz. M.F.Axundzadə. Bu Kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Ə.Haqverdiyev.
2. Zərf mənasında. Yaxşı, lazımi qaydada, lazımi kimi, düzgün, dəqiq; diqqətlə, yaxşı-yaxşı. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi: - Kişi, məgər sən öz qızının düşmənisən? Ə.Haqverdiyev. Seyid, Tahirzadənin adını, yaşını, peşəsini soruşub dürüstyazdı. Mir Cəlal.
// Lazımınca, lazımi qədər, yaxşı. [Hacı Rəcəbəli:] Qəribə sual edirsən, Ata Mərdan! Bəs məlum ki, məni hələ dürüst tanımırsan. M.F.Axundzadə. Qədir bunları dürüst öyrənib yadda saxlamasa da, mətləbi başa düşürdü. Mir Cəlal.
Dürüst etmək (eləmək) - saz eləmək, saz hala salmaq, düzəltmək. [Hacı Kərim:] Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. M.F.Axundzadə. Bir qədər mən sənə gətirdim pul; Ki, sınan sazını dürüst eylə. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....