Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜRMƏK
is. 1. Bükülmüş, dürmələnmiş şey; bağlama.
İçinə yağ, pendir və s. qoyulub (və ya bunlarsız) lülə şəklində bükülmüş lavaş, yuxa. Yuxanın arasına pendir qoyub dürmək düzəltmək. Yağ dürməyi. Pendir dürməyi. - İt yuxa yemək bilər, dürmək tutmaq bilməz. (Ata. sözü). Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. C.Məmmədquluzadə. Səkinə həyətin ortasında [Mayanı] saxladı, arasına yumurta və yağ bükdüyü dürməyi meşin heybənin küncünə qoydu. M.İbrahimov. Kimisi yaxmac qayırır, .. kimisi yağla şorun qatışığından dürmək eləyib Qəmərin stəkanının yanına qoyurdu. Ə.Vəliyev.
Əllə xörək yeyəndə birdəfədə ağıza qoyulan xörək. Bir-iki dürmək yedi, dayandı.
□ Dürmək vurmaq - əllə xörəyi dürməkləyib yemək. Xörəyə dürmək vurmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....