Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DÜNƏN

is. Bu gündən əvvəlki gün, keçən gün, irəliki gün. Dünən hava yaxşı idi. Dünən axşam. - Dünən öləni dünən basdırdılar. (Ata. sözü). Rəfiqəmiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə.. C.Məmmədquluzadə. Hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdi. İ.Əfəndiyev.
// Yaxın, ya uzaq keçmiş. Bunlar hamısı dünənə aiddir.
// Zərf mənasında. Dünən gəlmişəm. Məzuniyyətim dünən qurtardı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....