Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÜDÜK
is. 1. Qarğıdan və s.-dən qayrılan, nəfəslə çalınan ən sadə çalğı aləti; ney. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Sevgili bir çoban, on bir yaşında; Düdük çalar axar sular başında. H.Cavid. Həftələrlə çöllərdə xəsillər (əkin) arasında tor quran quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. H.Sarabski.
Zavod, fabrik, parovoz və s.-nin fit borusu. Fəhlələrin istirahət günündə ulduzlar batmadan onları yuxudan qaldıran zavod düdüklərinin səsi gəlmirdi. M.S.Ordubadi. //Ümumiyyətlə, borucuq, boru şəklində olan şey.
məc. Çox dar şalvar (paltar) haqqında.
köhn. Beşikdə uşağın sidiyini sirbincə axıdan borucuq.
məc. dan. isteh. İradəsiz, düşüncəsiz, tezaldanan, yelbeyin, boş adam haqqında (bəzən söyüş kimi işlənir). Düdüklər! Yorulmadan çağırınız bizləri, Təqib edəcəyiz bir hərəkətlə sizləri. M.Müşfiq.
□□ Düdük vermək (gəlmək) - yalan vədlər verməklə başmı tovlamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....