Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
DÜÇAR
sif. [fars.] Mübtəla, tutulmuş. Naçaram, mən naçaram; Yaman dərdə düçaram. (Bayatı).
□ Düçar etmək - üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq. [Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb, indi sizi əcəl çəkəçəkə mənə düçar edibdir! M.F.Axundzadə. Fəda olum sənə, Seyyid sənin qulamındır; Bu qədr zillətə etmə onu düçar, ey dust! S.Ə.Şirvani. [Xırdaxanım:] ..Dərbədər olsun məni bu evə düçar eyləyən! N.Vəzirov. Dü
çar olmaq - 1) mübtəla olmaq, tutulmaq, başına gəlmək. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, “əstəğfürullah” deyir. T.Ş.Simurq. Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. H.Cavid; 2) rast gəlmək, rastlaşmaq, üz-üzə gəlmək, təsadüf etmək. Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət. [5-ci məhbus:] Ağa dərviş, bəlkə sən 0ah Abbası görmüş olasan, çünki çox vaxt dərviş dərvişə düçar olmaq kimidir. Ü.Hacıbəyov; 3) məruz qalmaq, uğramaq, üz vermək. Nə möhnətdir, bu möhnət bilmirəm, Heyran düçar olmuş. Heyran xanım. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....