Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DUZ
is. 1. Xörəyi dada gətirmək üçün ona qatılan kəskin dadlı, şor ağ kristal maddə. Xörək duzu.
□ Daş duzu - bax daşduz. ..Duzu dağlardan daş kəsən kimi kəsirlər ki, belə duza daş duzu deyirlər. H.Zərdabi. Dəniz duzu - dəniz suyunu buxarlandırma yolu ilə hasil edilən duz. Duzuna baxmaq - şit və ya şor olduğunu bilmək üçün xörəyin dadını yoxlamaq, dadmaq.
kim. Turşu hidrogeninin bütünlüklə, ya qismən metalla əvəzlənməsi məhsulundan ibarət olan kimyəvi birləşmə, maddə. Bertole duzu.
məc. Sözə, danışığa kəskinlik verən, onu daha da maraqlı edən xüsusiyyət; dad, ləzzət, məzə. Nitqində duzyoxdur. Sözünün duzu yoxdur.
// məc. Özünü sevdirəcək xüsusiyyət, cazibə. Onda duz yoxdur.
□□ Çörəyinin duzu olmamaq - qədri bilinməmək, zəhmətinə qiymət verilməmək. Duz kimi yalamaq - çox əzizləmək, bağrına basaraq hədsiz mehribanlıq göstərmək, qucaqlaşmaq, çoxlu öpmək. [Əzim baba] Səlimin boynunu qucaqlayıb onu duz kimi yaladı. S.Rəhimov. Kəramət uşaq əzizləyən, balasını duz kimi yalayan analardan deyildi. Ə.Əbülhəsən. Duza qoymaq - 1) şoraba qoymaq; 2) məc. lüzumsuz yerə işlətməyib saxlamaq. Duzunu dadmaq - 1) birinin çörəyini yemək; 2) təsirini görmək, hiss etmək. Bu hərif deyəsən, mənim materialımın duzunu dadmayıb. “Kirpi”. Duzunu qaçırmaq - bayağılaşdırmaq, ləzzətdən çıxarmaq, rəğbətdən salmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....