Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DUYUQ
sif. 1. Duyğu hissi iti olan, tez duyan, ayıq.
2. Xəbər. Kəndə duyuq yayıldı.
□□ Duyuq düşmək - duymaq, xəbər tutmaq, xəbərdar olmaq. Adamlar bu işdən duyuq düşdülər. Bunlar divardan aşanda qazamat qulluqçuları duyuq düşdülər. “Qaçaq Nəbi”. Duyuq düşsə əgər verməzlər rüsxət; Unutma, gah-gahi düşəndə fürsət. Q.Zakir. [Yusif:] Onsuz da bizim işçilər duyuq düşüblər, onları gözdən qoymurlar. S.Rəhman. Duyuq salmaq - ayıltmaq, xəbərdar etmək. Xırda çıxışlarda bulunmaq isə düşməni vaxtından əvvəlduyuq sala bilər. M.S.Ordubadi. Bir soldatı öldürərsə, düşmənin zabitini duyuq salıb əldən çıxara bilərdi. Ə.Əbülhəsən. Duyuq vermək -b ax duyuq salmaq. Qaraxan papirosunun kötüyünü sümürdü və: - Bəs niyə axşamdan duyuq verməmisən, dedi, - isti-isti axtaraydıq. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....