Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DUVAQ

is. 1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü. Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi. Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı.
// Ümumiyyətlə, keçmişdə qadınların başlarına taxıb üzlərini gizlətdikləri şəffaf örtü. Zülf töküb üzə dilbər; Çıxıbdır düzə dilbər; Duvaq salın üzünə; Gəlməsin gözə dilbər. (Bayatı). Yanağın yanında zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif.
2. məc. Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....