İzahlı lüğət

DURUXMAQ

f Fikrə getmək, söz axtarmaq, düşünmək. Gözlərin kimi gözlər; Duruxub kimi gözlər? Sarı Aşıq. ..Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdır. C.Məmmədquluzadə. [Məşədi bəy] duruxdu, gülümsünərək daha ifadəli bir söz tapdı. M.Hüseyn.
// Tərəddüd içində durub fikrə getmək, dayanmaq. [Davud] bir az duruxandan sonra öz sözünü izah etdi. Mir Cəlal.
// Çaşan kimi, özünü itirən kimi olmaq, tutulmaq, döyükmək. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi, bir qədər duruxdu. S.Hüseyn. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nifrətəngiz bir heyrətdə donub qaldılar. Çəmənzəminli. Hüseyn duruxdu, nə cavab vermək lazım gəldiyini bilmədi. S.Rəhman.
duruxa-duruxa zərf Dayana-dayana, dura-dura, arabir duraraq. Cəlal qabağında kitab duruxa-duruxa oxuyur. C.Məmmədquluzadə. [Həsən] ..çənəsi ilə ağacına söykənərək duruxa-duruxa cavab verir.. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......