İzahlı lüğət

DURU

sif. 1. Maye halında olan, su kimi axıcı, sıyıq. Duru yanacaq. Durupalçıq. Duru xörək.
// Həddindən artıq sıyıq olan, suyu çox olan, sulu. Duru qatıq. Duru dovğa.
Saf, təmiz, şəffaf, aydın. Vətənimin göyləri göllərindən durudur; Qoynunda səadətin sarayları qurulur. R.Rza. [Nuriyyə:] Mən arxın büllur kimi duru suyu ilə üzümü yuyub sərinləndim. İ.Əfəndiyev. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal.
// Məc. mənada. [Uluq bəy:] ..Çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq.
Şaiq. [Zeynal:] Çiçək kimi qız saxlayıb böyütmüşəm. Sudan duru adı var. C.Cabbarlı. ..Qız eyni duru və riyasızgözlərini ani olaraq [Xavərin] gözlərinə dikdi və tez çəkdi. M.İbrahimov.
// Açıq. Hava gözəl olduğundan, Gülzarın yanaqları daha da xoşrəng olub, duru al bir rəng almışdı. C.Cabbarlı.
məc. Əsil, xalis, təmiz, xərc və zərər çıxılandan sonra qalan. Duru qazanc.
“Durusundan” şəklində dan. - ən yaxşısından, ən yaxşı yerindən, ən təmizindən.
Düyünün durusundan 5 kilo çək. - Darğa Lələş .. xırman vaxtı durusundan, qırmızı zoğalından öz buğda bəhrəsini tək bircə dəninə qədər tamam-kamal alar(dı). S.Rəhimov.
□□ Duru yerindən - bax duru 4-cü mənada. Duruya çıxar(t)maq - təmizə çıxar(t)maq, safa çıxar(t)maq, bəraət qazandırmaq, doğrultmaq. Kəlbalı nə qədər çalışırdısa da, .. özünü duruya çıxara bilmirdi. S.Rəhimov. Kefi duru olmaq - b ax kef.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DUZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed