Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DURNA
is. zool. Dimdiyi, boğazı və ayaqları uzun köçəri iri bataqlıq quşu. Qatarqatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar?! M.V.Vidadi. Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Göylərin yolçusu durna qatarı, Süzəcək süzdüyün dumanlıqları. M.Müşfiq.
□□ Durna boğazı məc. şair. - dumanın boğazı kimi uzun və zərif. Mahirə .. durna boğazını yuxarı tutaraq çağırdı: - Sarxan! Sarxan! M.Hüseyn. Durna gözü kimi məc. şair. - çox təmiz, saf, şəffaf, bərraq, dupduru mənasında. Ortalıqda qoca, kühənsal bir ağac altında da Qoşabulaq durna gözü kimi qaynayır, gözyaşı kimi axıb ətrafı süd gölünə döndərir. “Koroğlu”. Gözəl olur bizim elin yayları; Durna gözü kimi vardır bulağı. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....