Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DUMANLI
sif. 1. Dumanla örtülü, duman bürümüş. Dumanlı hava. Dumanlı göy. - Payızın dumanlı bir günü idi. A.Şaiq. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi.
// Tüstülü, tüstü ilə dolmuş. [Çocuqlar] ..külbə önündə oynarkən birdənbirə havanın dumanlı bir alov ilə qızardığını gördülər. A.Şaiq. Hüseyn göydə deyil, yığıncaqdadır; Dumanlı, tüstülü bir otaqdadır. M.Rahim.
məc. Qarışıq, tutqun, aydın olmayan. [Şeyx Hadi:] Tutsa afaqi şöleyi-hikmət; Onu duymaz dumanlı gözlər, əvət! H.Cavid. Bəşər qardaşlığı tərk etmiş, əfsus! Hər əməl dumanlı xülyaya bənzər. S.Vurğun.
// məc. Üstüörtülü, qeyri-müəyyən, anlaşılmaz. Dumanlı danışıq. Dumanlı fikir. Dumanlı məsələ.
məc. Kədərli, tutqun. Dumanlı çöhrə.
Nümayəndələr sədrin buludlu və dumanlı üzünü gördükdə onun hələ də acıqlı olduğunu yəqin etdilər. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....