Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DUMAN
is. 1. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis. Duman basmaq. Dumandan göz gözü görmür. - Dalğalanan dumanların arasından ay çıxır. A.Səhhət. Damla dənizdən ayrılarsa; Tez buxar olar; Göyə qalxar; Duman olar. R.Rza.
Tüstü. [Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar. H.Cavid. Dumanlar, tüstülər qopmuş; Qılınclar, toplar ağzından; Həyat eşqilə odlardan, alovlardan keçir insan! S.Vurğun.
Toz, tüstü və s.-nin havaya qalxmasından hasil olan tutqunluq, bulanıqlıq. Toz, dumandan adamın gözü tutulur. - Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq.
məc. Bir şeyi örtən pərdə, örtü mənasında.
// Bir şeyi aydın görməyə, başa düşməyə mane olan şey haqqında.
məc. Üzdə, gözdə kədər, qəmginlik, hüzn əlaməti. Gəlin, balalarım! Öpüm sizi mən; Bir duman görməsin xoş sifətiniz. S.Vurğun.
məc. Aydın olmayan vəziyyət, qeyrimüəyyənlik, anlaşılmazlıq, qaranlıq mənasında. Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmişdir. M.S.Ordubadi.
□ Duman kimi (xatırlamaq, görmək və s.) - aydın olmayaraq, yuxu kimi. Dünənki gün və keçirdiyi vaxt onun yadına duman kimi gəlirdi. İ.Musabəyov.
□□ Başından (beynindən) duman qalxmaq
bərk kədərlənmək, qanı qaralmaq. Aman, aman, ayrılıq; Halım yaman, ayrılıq; Eşidəndə başımdan; Qalxır duman, ayrılıq. (Bayatı).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....