Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DUL
1. sif. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Ata. sözü). Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı-qardaşın. A.Səhhət. [Mirsaqulu] aldığı maaşla iki ailəni; özünü, iki yetimlə dul bacısını saxlayırdı. S.Hüseyn.
□ Dul qalmaq - əri (və ya arvadı) ölmək. [Süleyman:] ..Xala daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. Ana tanıyıram iyirmi yaşından, dul qaldı; Bəlalar ötdü başından. B.Vahabzadə. Dul qoymaq - birinin ərini (ya arvadını) öldürmək.
is. Dul kişi, ya dul arvad. [Məhərrəm:] Mən dünən də demişəm, Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....