Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
DÖVR1
is. [ər.] 1. Dolanma, hərlənmə, fırlanma; bir şeyin öz oxu ətrafında hərəkəti.
□ Dövr etmək - 1) bir şeyin ətrafında hərlənmək, fırlanmaq, dövrəvi hərəkət etmək. Hələ dan ulduzu batmayıb, ərşi-fələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim.
// Dolaşmaq, dolanmaq, gəzmək. Bazarı dövr edib mənzilə qayıdan zaman övrətə rast gəldim.. N.Vəzirov; 2) dövrə vurmaq. Humay kimi dövr edərəm havada; Babam öldü, yetim qaldım yuvada. Qurbani. ..Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim. S.S.Axundov; 3) dövran etmək, dövrəvi şəkildə hərəkət etmək. Dərya və qeyri yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi; 4) yaşamaq, dövran sürmək. Zimistanda dövr edərdin; Yaz, bahara boyan, könül! “Koroğlu”; 5) məc. düz gəlmək, müvafiqət etmək. Dövr qılmaq klas. - b ax dövr etmək 5-ci mənada. Fələk, muradım ilə dövr qılmadın bir gün. S.Ə.Şirvani. Dövr vurmaq - b a x dövrə vurmaq (“dövrə”də). [Ağca xanım] bir-iki dövr vurandan sonra, Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi. S.S.Axundov. Dövrə çıxmaq - gəzmək, gəzişmək, dolanmaq, gəzməyə çıxmaq. Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişin mərəkə qurduğunu gördüm... N.Vəzirov.
// Bir şeyin ətrafında, yaxud öz oxu ətrafında olan hərəkətin hər dövrəsi; bir dəfə dolanması. Təkərin dövrü.
Zamanın hər hansı bir cəhətdən səciyyəvi olan böyük, ya kiçik qismi. İntibah dövrü. Feodalizm dövrü. İnqilabi dövr. Müharibədən sonrakı dövr. İnkişaf dövrü. Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüşdür. S.S.Axundov. Məmmədquluzadənin 40 ilə yaxın ədəbi və 20 ildən artıq davam edən jurnalistlik fəaliyyəti “imperializm inqilabları” dövrünə təsadüf edir. M.İbrahimov.
// Çağ, zaman, vaxt. Uşaqlıq dövrü. Cavanlıq dövrü. Tələbəlik dövrü. - Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.
Dövri-fələk klas. - b ax dövr(i)-zaman 2-ci mənada. ..Bu keçən gün elədim dövrifələkdən ahü-zar. Aciz. Dövri-gərdun klas. - bax dövr(i)-zaman 2-ci mənada. Dövri-qədim - qədim dövr. Vətən zindan olub dövrü-qədimdən, Vətənin ən böyük oğullarına. B.Vahabzadə. Dövr(i)-zaman klas.
1) dövr, zəmanə, vaxt. Bu dövr-zamanda beş gün kişinin; Bir yaxşı vəfalı yarı gərəkdir. Q.Zakir. ..Bu necə dövr-zamandır ki, işim ahü-fəğandır.. M.Ə.Sabir; 2) məc. bəxt, tale, qədər. Kibrü qürurdən, - dedi, - en, enmədim; Endirdi indi dövri-zəmanə yavaşyavaş. Q.Zakir.
Bir şeyin, xüsusən, xəstəliyin inkişafında mərhələ, pillə. Vərəmin ikinci dövrü. Xəstəliyin birinci dövrü qorxuludur.
məc. klas. Çevrə, dairə, dövrə, ətraf. Nə xoşdur arizin dövründə zülfi-ənbərəfşanın. Füzuli. Bu ümid ilə ki, qəmzəndən alam kamidilim; Düzülüb gözlərivin dövrünə mərdüm səf-səf. S.Ə.Şirvani. Şəm tək göz yaşım axmazdı qəmindən gecələr; Dövri-ruyindəki pərvanələr ağlatdı məni. Ə.Vahid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....