Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
DÖVLƏT2
is. [ər.] Sərvət, mal, mülk, pul və b. maddi nemətlərin məcmusu. Məgər azdır bu xalqda dövlət? Çoxdu dövlət və leyk yox himmət. S.Ə.Şirvani. ..Heydər atasının dövlətinə tək oldu malik və işi, gəldikcə başladı tərəqqi etməyə. C.Məmmədquluzadə. [Uğur:] Mən dövlət ona deyirəm ki, qızıl zəmiləri dərya kimi dalğa vurub həyatı öz ağuşuna alsın. İ.Əfəndiyev.
□□ Dövlət hüququ - ölkənin ictimai və dövlət quruluşunu, dövlət orqanlarının təşkilat sistemi və prinsiplərini, həmçinin dövlət daxilində vətəndaşların hüquq qaydalarını təsbit edən hüquq normalarının məcmusu. Dövlət imtahanları - ali və orta ixtisas məktəblərində buraxılış imtahanları. Dövlət quşu - 1) nağıllarda: əfsanəvi və mövhumi bir quşdur ki, padşah seçilən zaman uçurdulur və hər kimin Başına qonsaydı, onu padşah edərlərmiş. Dəli başına dövlət quşu. (Ata. sözü); 2) bəxt, tale, səadət rəmzi. O, bir dövlət quşudur ki, hər eyvana uçub qonmaz. S.Vurğun. Dövlətin(iz)dən köhn.
sayən(iz)də, himayən(iz)də, iltifatın(ız)dan mənasında hörmət, ehtiram, təvazö ifadəsi. Dövlətindən pis deyiləm. - Dövlətindən yetdik nanü naməyə; Düşdüm indi cad və qatıq yeməyə. M.V.Vidadi. [Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....